Əsas səhifə
xeber
177777
Slaydlar
Ramazan ayi
oyunlar bolca
1234
yapim asamiasindadir
rengler
yeni
A
new
yazini gizle goster
kuran
domain ara
chat
Yeni 1
Yeni 2
Deyerler
oyun
edebiyyat
Google
shefali bitkiler
oyunlar
Qurban bayrami
kodla sehifeye girmek
aa
Azərbaycan haqqında Coğrafi məlumat
Sorgular
Forum
EverywhereChat
İslam dini
Namaz
Namazın vaxtları
Hədislər
Xəbəriniz olsun
Məşhurların həyatı
Məqalələr
Dünya xəritəsi
Futbol
Sudoku
Əyləncəli animasiyalar
Traffic rules
Olimpic games
Pencilmation
Türkiyə mətbuatından
Maraqli...
Foto Qalereya
Əylənin
Ziyarətçi dəftəri
Neft və Qızılın qiyməti
Radio
Music, Video, Games
Seir
Yeni sayfanın başlığı
Yeni sayfanı
 

Məşhurların həyatı

          Maraqlı cavablar...

         
  Həddindən artıq kök olan bir nəfər Bernard Şounun arıqlığına işarə edir: “ Sizə baxanda adama elə gəlir ki, İngiltərə aclıq çəkir.” Bernard Şou kefini pozmadan: “ Sizə baxanda isə elə fikirləşmək olar ki, İngiltərənin aclıq çəkməsinə səbəb sizsiniz.”

 

Makedoniyalı İsgəndər öz qoşunu ilə Daranın üzərinə hücum edəndə Dara İsgəndəri qorxutmaq üçün ona yazır: “ Bil ki, Dara tək deyil. Biz – yetmiş min nəfərik.” İsgəndər ona cavab göndərir: “ Sən də bil ki, qoyunların çoxluğu qəssabı qorxutmur.”

 

Tanınmış Amerika dirijoru Stokovski konsertlərin birindən sonra demişdir: “ Bu orkestr möcüzə yaratdı! Ölməzliyinə qəti əmin olduğum bir əsəri yarımca saatın içində məhv elədi!”

 

Bir nəfər məşhur filosof Aristippə filosofları həmişə varlıların qapısı ağzında gördüyünü söyləyir. Aristipp cavabında: “ Nə olsun ki, həkimlər də həmişə xəstələrin qapısı ağzında olurlar, amma hər bir xəstə arzulayır ki, özü həkim olsun.”

 

Platondan soruşurlar: “ Sən dəfələrlə dəniz səyahətində olmusan. Bu səfərlər zamanı gördüyün ən böyük möcüzə nə olub ?” Platon: “ Sağ-salamat sahilə çıxmağım.”

 

Bir dəfə fransız yazıçısı Andre Moruadan soruşmuşlar: “ Tarixin gedişatını kim daha çox dəyişib: Sezar yoxsa Napoleon ?” Yazıçı cavab verib: “ Bəşəriyyət yaranandan tarixin gedişatını heç kəs tarixçilər qədər dəyişdirə bilməyib.”

                 Məşhur Finlandiya bəstəkarı Sibeliusdan soruşurlar ki, nə üçün o, musiqiçilərdən daha çox biznesmenlərlə söhbət etməyi xoşlayır. Sibelius deyir: “ Mən musiqiçilər arasında olanda bütün söhbt pul barədə olur. Biznes adamları isə mənimlə yalnız musiqi haqqında danışırlar.”

 

“Günəş kral”-14-cü Lüdovik saray adamlarından biri ilə söhbət edərkən ondan soruşur: ” Siz ispan dilini bilirsinizmi?” – “ Əlahəzrət, təəssüflər olsun ki, bilmirəm.” – “ Onda bəxtinizdən küsün!” Əyan elə güman edir ki, kral onu İspaniyaya səfir təyin etmək istəyir, buna görə , qısa bir zamanda ispan dilini öyrənib, kralın yanına gəlir: “ Əlahəzrət, mən artıq ispan dilini bilirəm.” Lüdovik cavab verir: “ Təbrik edirəm. İndi siz “ Don-Kixot” əsərinin orijinalını oxuya bilərsiniz.”

 

Bir dəfə bir qadın Ernst Heminqueydən soruşur: “ Deyilənə görə, əlində elektrik fənəri olsa, gecələr şirlərdən qorxmaya bilərsən. Bu, doğrudur?” Heminquey deyir: “Xanım, bu asılıdır ondan ki, siz hansı sürətlə qaça bilirsiniz.”

 

Təzəcə səhnəyə gəlmiş, lakin özünü istedadlı faciə aktyoru hesab edən bir nəfər tanınmış sənətkar Rıbakovdan xahiş edir ki, “ Otello” tamaşasında onun oyununa baxsın və tamaşadan sonra ondan soruşur: “ Hə, necə idi? Dezdemonanı yaxşı öldürdüm?” – “ Dezdemonanı yaxşı öldürdün, Şekspiri isə ondan da yaxşı öldürdün!”

 

 

Saytı 45133 ziyaretçi (80299 klik) ziyarət edib!
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol