“SƏLƏM (RİBA)”
1. Peyğəmbər(s): “ Allah sələm alana, sələm verənə və onlara şahidlik edənə lənət etmişdir.”
2. Peyğəmbər(s): “ Merac gecəsi elə bir xalqın üzərində keçdim ki, onların ev böyüklüyündə və içində kənardan görünən ilanlar olan qarınları var idi. Soruşdum ki, Ey Cəbrayıl! Bunlar kimlərdir? Dedi: “ Bunlar sələm yeyənlərdir.”
3. İmam Baqir(ə): “ Dünyada ən çirkin qazanc sələmdir.”
4. İmam Sadiq(ə): “ Sələm yeyən, yalnız şeytan onu dəli etdikdən sonra dünyadan köçər.”
5. İmam Sadiq(ə): “ Riba (sələm) , Allahın yanıda Kəbə evində yetmiş dəfə öz anası ilə zina etməkdən daha ağır günahdır.”
"SINAQ"
1. Imam Sadiq (ə): “ İnsanların ən çox bəla çətinliyinə düçar olanları peyğəmbərlərdir. Peyğəmbərlərdən sonra onların canişinləri və davamçıları və daha sonra sırası ilə kim daha yaxşıdırsa daha çox!”
2. İmam Sadiq (ə): “ Allahın əmr və qadağalarında baş verən hər bir çətinlik və rahatlıqda məqsədi yalnız nemətlərindən əta etmək və sınağa çəkməkdir.”
3. İmam Sadiq (ə) “ möminlər də bəlaya düçar olarlarmı?” sualının cavabında buyurub: “ Məgər bəla mömindən başqası üçün yazılıb?!”
4. Allahın Peyğəmbəri(s): “ Ana öz övladını süd ilə qidalandırdığı kimi Allah da öz mömin bəndəsini bəla və çətinliklə qidalandırar.”
5. İmam Əli(ə): “ Hər bir çətinlik və müşkül zamanı “ Uca və böyük Allahdan başqa bir güc və qüdrət yoxdur” de. Belə deyəndə həmin çətinlik aradan qalxır.”