NİKE
Mərkəzi ABŞ-da yerləşən dünyanın ən məşhur idman malları və aksessuarları istehsalçısıdır. Firma adını qədim yuyan mifalogiyasında qələbə ilahəsi olan NİKE-dan götürüb. Air Jordan, Nike golf və Converse kimi markaların da sahibidir.
Şirkətin yaradıcısı Phil Night, yaranma ili 1970-ci ildir. Firmanın loqosu bir tələbə tərəfindən 35 dollara hazırlanıb. Sonralar bu loqonun gətirdiyi böyük uğura görə həmin tələbə şirkətin gəlirlərində müəyyən pay sahibi olmuşdur. Əksər məhsullarını Uzaq Şərqi Asiyanın müəssisə və fabriklərində istehsal edir. Ümumi işçi sayı 25.000 nəfərdir.
Nike bir çox futbol komandalarına sponsorluq edir. Bunlardan Braziliya milli komandası, Mançester Yunayted və Barselona kimi məşhur klubları göstərmək olar.
Lakin bu firma tez-tez azyaşlı uşaqları işlətmək və təbiətə zərər verməkdə ittiham edilərək məhkəmələrə düşür. Bu, müəyyən qədər bu şirkətin imicinə mənfi təsir göstərir.
----------------------------------------------------
Futbol üzrə yığma komandanın baş məşqçisi Berti FOQTS barədə...
Futbolçu karyerası:
Futbola «Büttgen» komandasında başlayan Foqts 1965-ci ildə Mönhenqladbah «Borussiya»sına keçib və karyerasının sonunadək bu klubda sağ kənar müdafiəçisi mövqeyində oynayıb.
«Borussiya»nın heyətində 5 dəfə ölkə çempionu olan, 1 dəfə Almaniya kubokunu, 2 dəfə UEFA kubokunu başı üzərinə qaldıran Foqts bu müddətdə Almaniya bundesliqasında 419 matçda 32, Avropa kuboklarında 64 oyunda 8 qola imza atıb.
Almaniya yığmasında 96 matçda (1 qol) forma geyinən Berti 20 oyuna kapitan sarğısıyla çıxıb. Üç dünya çempionatında iştirak edən futbolçu 1974-cü ildə çempion titulunu qazanıb.
Məşqçı karyerası:
Məşqçı kimi ilk dəfə 1979-cu ildə Almaniyanın gənclər yığmasına başçılıq edib. 1990-98-ci illərdə Almaniyanın əsas yığmasının başında dayanan Berti 1996-cı ildə komandasına Avropa çempionluğu qazandırıb. Daha sonra o, ölkəsinin «Bayer» klubunu, həmçının Küveyt, Şotlandiya, Nigeriya yığmalarını çalışdırıb.
Hans-Hubert (Berti) Foqts 1946-cı il dekabrın 30-da Almaniyanın Büttgen şəhərində doğulub.