Dünyanın ən bahalı və
ən ucuz şəhərləri:
«Economist Intelligence Unit» təşkilatının verdiyi məlumatlara əsasən yaşayış xərclərinin ən yüksək olduğu şəhər Norveçin paytaxtı OSLO şəhəridir. Təşkilat 132 şəhərin minimum yaşayış səbətini müəyyən edərək bu qənaətə gəlib. Sonrakı yerləri Paris (Fransa), Kopenhagen (Danimarka) və London (B. Britaniya) tutur.
Bu siyahıda Moskva 26-cı, İstanbul isə 53-cü yerdədir.
Təşkilatın məlumatlarına əsasən ən ucuz şəhər İranın paytaxtı
Tehran şəhəridir. Sonrakı yerləri isə Manila (Filippin) və Mumbai (Hindistan) tutur.
/Azadliq radiosu/
İNSAN HƏYATI BOYU
NƏ QƏDƏR AĞLAYIR ?
Araşdırmalar göstərir ki, insan normal şəraitdə 24 saat ərzində 30 damcı göz yaşı tökür ki, bu da, həyatımız boyu, təxminən, 100 litr maye deməkdir.
Daha maraqlı məlumat odur ki, Minnesota Univrsitetində aparılan tədqiqatlar göstərib ki, soğan doğrayarkən insanların axan göz yaşının tərkibi su və lipid maddələrindən ibarət olur. Lakin insanlar qəmli bir filmə baxarkən axtdıqları göz yaşının tərkibində su və lipid maddəsindən başqa insan bədəninə ziyan verən toksin maddələri də olur.
Bu araşdırmanın davamı olaraq, Rusiyada əməliyyat olunan bir neçə insanı iki qrupa bölmüş və onları yuxarıdakı (soğan və film) yolla təcrübə etmişlər. Alınan nəticə çox maraqlı olub: Soğan vasitəsilə ağlayan insanların yaraları normal vaxtda sağalıb, amma film vasitəsilə ağlayanların yaraları normal vaxtdan 12 gün tez sağalıb. Bu da onu göstərir ki, bədənimiz təmizlənməsində göz yaşları da mühüm rol oynayır.
İnterneti arvadı üçün kəşf edib.
Vinton Cerf interneti kəşf edənlərdən biridir. Bu yaxınlarda bir jurnala musahibə verən Cerf interneti arvadı üçün kəşf etdiyini qeyd edib.
Anadangəlmə qulaqları eşitməyən bir qadına aşiq olan Cerf onun heç kimlə danışa bilməməsini, ünsiyyət qurmağı bacarmadığını görüb, o vaxtlar ancaq hərbi sistemdə müəyyən məhdudiyyətlərlə istifadə edilən interneti bizim indi işlətdiyimiz müasir vəziiyətə gətirib çıxarıb.
Həbsxanada 50 il unudulan adam.
Şri-Lankada bir adam məhkəməyə belə çıxarılmadan 50 il həbsxanada qalıb. İndi 80 yaşı olan James 1958-ci ildə atasını bıçaqladığı üçün tutulub. Sonra dəlixana aparılıb. Ancaq həbsxanaya geri gətirilən James orda yaddan çıxıb.
Bir neçə gün öncə xəstəxanaya aparılan zaman sənədlərinə baxılarkən artıq 50 il həbsxanada qaldığı məlum olub. Maraqlısı budur ki, James bu müddət ürzində heç bir yerə şikayət etməyib.

Indiyədək eşitdiyiniz ən qəribə intihar!
Bu hadisə 1998-ci ildə Fransada baş verib. İntihar etmək istəyən bir nəfər dəniz sahilində hündür bir qayanın üstünə çıxıb, boynuna ip bağlayıb və ipin o biri ucunu da bir qaya parçasına bağlayıb. Sonra zəhər içib və özünü yandırmağa başlayıb. Yana-yana özünü qayadan atıb. Havada ikən başına silahla atəş açıb.
Bundan sonrası daha maraqlıdır: Atəş başına deyil, ipə dəyib, ip qırılıb suya düşüb, suya düşəndə yanan bədəni sönüb, həmçinin soyuq su onu içdiyi zəhəri qaytarmağa məcbur edib. Bir balıqçı tərəfindən tapılıb xəstəxanaya aparılan adam hipotermiya ( bədən temperaturunun kəskin düşməsi) diaqnozu ilə ölüb.
NOKIA kodları (Bütün modellər dəstəkləmir):
Telefonunuzun IMEI kodunu öyrənmək üçün
* # 0 6 #
Telefonunuzun software versiyasını görmək üçün
* # 0 0 0 0 #
Telefonunuzun emal tarixini, seriya nömrəsini, varsa son təmir tarixinini vs. görmək üçün
* # 9 2 7 0 2 6 8 9 #
Zəngetmə keyfiyyətini artırmaq üçün
(batareyanın ömrünü azaldır)
* 3 3 7 0 #
Bağlamaq üçün
# 3 3 7 0 #
Zənetmə keyfiyyətini azaltmaq üçün
(batareyanın ömrünü artırır)
* 4 7 2 0 #
Bağlamaq üçün
# 4 7 2 0 #
|
|
DÜNYANIN 5 ƏN VARLI ADAMI
1. BILL WILLIAM GATES
Yaşı: 51
Ailə vəziyyəti: evli, 3 uşaq
Təhsili: Harvard Un-ti (yarımçıq)*
Varidatı: 56 milyard $
Vətəndaşlığı: A.B.Ş.
Yaşayış yeri: Medina, Vaşinqton, A.B.Ş.
Ticarət sahəsi: Software (Microsoft)
2. WARREN BUFFETT
Yaşı: 76
Ailə vəziyyəti: evli, 3 uşaq
Təhsili: Nebraska Lincoln Un-ti, California Un-ti
Varidatı: 52 milyard $
Vətəndaşlığı: A.B.Ş.
Yaşayış yeri: Omaha, Nebraska, A.B.Ş.
Ticarət sahəsi: Kapital qoyuluşu (Berkshire Hathaway)
3. CARLOS SLIM HELU
Yaşı: 67
Ailə vəziyyəti: boşanmış, 6 uşaq
Varidatı: 49 milyard $
Vətəndaşlığı: Meksika
Yaşayış yeri: Mexiko Siti, Meksika
Ticarət sahəsi: Rabitə (telecom)
4. INGVAR KAMPRAD & AİLƏSİ
Yaşı: 80
Ailə vəziyyəti: evli, 4 uşaq
Varidatı: 33 milyard $
Vətəndaşlığı: İsveç
Yaşayış yeri: Lozanna, İsveçrə
Ticarət sahəsi: Pərakəndə satış (İkea)
5. LAKSHMI MITTAL
Yaşı: 56
Ailə vəziyyəti: evli, 2 uşaq
Təhsili: St Xavier Kolleci, Kəlküttə
Varidatı: 32 milyard $
Vətəndaşlığı: Hindistan
Yaşayış yeri: London, Böyük Britaniya
Ticarət sahəsi: İstehsal (polad)

Dünyanın ən hündür tikililəri :
Sıra
|
Adı
|
Məxsus olduğu ölkə
|
Uzunluğu
(metr)
|
Hazırkı vəziyyəti
|
1
|
Burj Dubai
|
BƏƏ
|
715-805
|
hələ istifadəyə verilməyib
|
2
|
KVLY/KTHI TV Mast
|
ABŞ
|
628,8
|
istifadədədir
|
3
|
Port Tovver
|
Pakistan
|
593
|
istifadədədir
|
4
|
İnternational Business Center
|
C. Koreya
|
580
|
istifadədədir
|
5
|
Jakarta Tovver
|
İndoneziya
|
558
|
hələ istifadəyə verilməyib
|
6
|
Lotte Super Tovver
|
C. Koreya
|
555
|
hələ istifadəyə verilməyib
|
7
|
CN Tovver
|
Kanada
|
553
|
istifadədədir
|
8
|
Ostaniko Tovver
|
Rusiya
|
540
|
istifadədədir
|
9
|
Pentominium
|
BƏƏ
|
516
|
hələ istifadəyə verilməyib
|
10
|
Busan Lotte Vvorld
|
C. Koreya
|
510
|
hələ istifadəyə verilməyib
|
11
|
Taipei 101
|
Tayvan
|
509
|
istifadədədir
|
|
|
|
|
|

İnternet istifadəçilərinin sayına görə dünya ölkələrinin reytinqi
Sıra
|
Ölkə
|
Internet
Istifadəçıləri
|
Əhalinin sayına
% nisbəti
|
Məlumatın
qeydə alındığı tarix
|
—
|
Dünya
|
1,018,057,389
|
17.7
|
|
1
|
Avropa İttifaqı
|
247,000,000
|
49.9
|
2006
|
2
|
ABŞ
|
208,000,000
|
68.6
|
2006
|
3
|
Çin
|
137,000,000
|
10.4
|
2006
|
4
|
Yaponiya
|
87,540,000
|
68.5
|
2006
|
5
|
Hindistan
|
60,000,000
|
5.3
|
2005
|
6
|
Braziliya
|
42,600,000
|
22.9
|
2006
|
7
|
Almaniya
|
38,600,000
|
46.9
|
2005 2006
|
8
|
Cənubi Koreya
|
34,120,000
|
70.8
|
2006
|
9
|
Birləşmisş Krallıq
|
33,534,000
|
55.3
|
2006
|
10
|
Fransa
|
31,295,000
|
48.5
|
2007
|
11
|
Italiya
|
28,855,000
|
48.7
|
2006
|
12
|
Rusiya
|
25,689,000
|
18.1
|
2006
|
13
|
Kanada
|
22,000,000
|
66.4
|
2005
|
14
|
Mexsika
|
22,000,000
|
20.7
|
2006
|
15
|
İspaniya
|
18,578,000
|
41.2
|
2006
|
16
|
Iran
|
18,000,000
|
25.3
|
2006
|
17
|
Indoneziya
|
16,000,000
|
6.9
|
2005
|
18
|
Avstraliya
|
15,300,000
|
72.2
|
2006
|
19
|
Vietnam
|
14,684,000
|
16.8
|
2006
|
20
|
Hollandiya
|
14,544,000
|
88.7
|
2006
|